Hülya Avşar peşman olub

Hülya Avşar peşman olub
2293 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Hülya Avşar üzünə etdirdiyi botokslara görə çox peşmandır.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən həftə botoks etdirən sənətçi yaxınlarına “Kaş etdirməyəydim” deyərək bu addımına görə heyfsilənib.
 
Məşhur plastik cərraha müraciət edən H.Avşar alnına və göz ətrafına düzəliş etdirərək, qaşlarını yuxarı qaldırdıb. Yeni üz quruluşunu ekranda və şəkillərdə görən müğənninin ilk sözləri “Çox peşmanam” olub. 

Xatırladaq ki, 12 kiloqram arıqlayan Hülya bir qədər əvvəl “Türkiyə gözəli” olduğum vaxtda da bu qədər qəşəng deyildim” deyə açıqlama vermişdi.