Türkiyəli aktrisanı Hollivuda dəvət etdilər

Türkiyəli aktrisanı Hollivuda dəvət etdilər
1959 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur “Lost” (“Sağ qalmaq”) serialının rejissoru Bobbi Roz türk aktrisalarının yaradıcılığını çox bəyəndiyini deyib.
 
Axşam.az acunn.com-a istinadən xəbər verir ki, “TRT”-də yayımlanacaq “Fırtına” serialının bir neçə səhnəsini çəkmək üçün qardaş ölkədə olan Roz layihədə yer alan aktrisa Naz Elması Amerikaya dəvət edib.

Nazla yanaşı, aktyorlar – Onur Tuna və Mehmed Özgürlə də işləmək istədiyini bildirən rejissor “Məncə, Hollivudun standartlarına çox uyğundurlar”, - deyə açıqlama verib.

Tanınmış rejissor Nuri Bilgə Ceylanı da çox bəyənən Robbi “Prodüserlərə bir ssenari göndərmişəm. Gələcəkdə həmin layihəni gerçəkləşdirmək istəyirəm” söyləyib.