“Ömrü boyu “Cip” sürən, oturub”Moskviç”də” – video

“Ömrü boyu “Cip” sürən, oturub”Moskviç”də” – video
2712 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış sənətçilər ölkənin ən reytinqli maqazin proqramı olan "Onlar"da yenə maraqlı açıqlamalar veriblər.

Axşam.az-ın məlumatına görə, oktyabrın 26-da saat 15:00-da ATV kanalında yayımlanacaq verilişin növbəti buraxılışında əməkdar artist Teymur Əmrahın maraqlı açıqlamaları olacaq.
Müğənni Çingiz Mustafayev şou-biznesdən niyə iyrənir?

Müğənni-bəstəkar Eminin özəl müsahibəsini “Onlar”da izləyəcəksiniz.

Bəstəkar Gövhər Həsənzadə qalmaqallara “yox” deyəcək.

Aparıcı Mətanət Əliverdiyeva çəkildiyi serialdan bəhs edəcək.

Aparıcı Nərgiz Vahabqızının hansı serialda rol alacağını həftənin bazar günü biləcəksiniz.

Müğənni Elnur Məmmədovdan, duet ortaqları İntiqam və Ehtiram qardaşlarından maraqlı açıqlamalar olacaq: “Ömrü boyu “Cip” sürən, oturub”Moskviç”də”.

Qeyd edək ki, Axşam.az saytının informasiya dəstəyi ilə yayımlanan "Onlar"ın yaradıcı heyəti rejissor və aparıcı Afaq Gəncəli, montajçı Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.