Günay Moskva Dövlət Universitetində təhsil alacaq

Günay Moskva Dövlət Universitetində təhsil alacaq
2294 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli üçüncü dəfə təhsil alacaq.

Axşam.az-ın məlumatına görə, o, bu dəfə Moskva Dövlət Universitetində oxuyacağını deyib. Bu haqda sənətçi “Gün üzü” verilişində qonaq olarkən danışıb:

“Asəf Zeynallı adına musiqi kollecini bitirdim. Daha sonra Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Noyabrda diplomumu alacam. İndi hədəfim Moskva Dövlət Universitetidir. Öz sahəmdə “estrada musiqisi” fakültəsini seçəcəm. Yaşım çoxdur, oxumaq gecdir fikirlərini qəbul etmirəm. Hər gün nəsə öyrənirəm. Buna görə də, təhsil mənə görə hər zaman önəmli olub”.