Abramoviçin 75 milyonluq malikanəsi – fotolar

Abramoviçin 75 milyonluq malikanəsi – fotolar
4119 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın tanınmış milyaderlərindən olan Roman Abramoviçin Nyu-Yorkdakı malikanəsinin fotoları yayılıb.

Axşam.az-ın məlumatına görə, dəyəri 75 milyon dollar olan mənzil Manhettendə yerləşir. Altımərtəbəli evdə 22 otaq - 8 yataq, 15 vanna otağı, bölük zal, kitabxana və böyük çardaq var.
Qeyd edək ki, bu, Abramoviçin Amerikadakı ikinci villasıdır. Onun dəyəri 36, 4 milyon dollar olan digər mənzili Koloradoda yerləşir. Milyaderin ABŞ-dakı üçüncü mənzili isə dağlıq ərazidəki qış evidir. Bu mənzilin qiyməti isə 11, 8 milyon dollardır.

Rusiyalı milyarderin ümumilikdə 12 böyük malikanəsi var. Onlardan 1-i Britaniyada, 3-ü Fransada, 5-i isə Moskvada yerləşir. Abramoviçin, eyni zamanda bir neçə yaxtası və təyyarəsi də var.