“Oğlum günahsız idi, şər atdılar” - əməkdar artist

“Oğlum günahsız idi, şər atdılar” - əməkdar artist
2812 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Rəhman Rəhmanov həbsdən çıxan oğlu Emil Rəhmanovun yaradıcılıq işi ilə məşğul olduğunu deyib.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişində qonaq olan aktyor övladına qara ləkə yaxıldığını bildirib:

“Mənim oğlumun heç bir pis vərdişi olmayıb. Tanınmış müğənnidir. Özü də yaxşı ifaçıdır. Bu gün də toylara, konsertlərə gedir. Ailəlidir. Onun adına söz çıxdı. Amma yalan idi. Bir neçə il əvvəl Yeni il gecəsi dostugildə içki içiblər. Dostunun maşını ilə mağazaya gediblər. Qayıdanda yolda tanışı çıxıb deyib ki, bizi bağa apar. Orada bunu içirdib, yatırdıb, maşının təkərlərini söküb aparıblar. Buna görə də, həbsə düşüb. Amma adına başqa şayiə çıxardılar. Oğlum günahsız idi, şər atdılar. Onun başı daşdan-daşa dəyib. Deyir ki, mən Rəhmanın oğluyamsa, atamın başını yüksəklərə qaldırmalıyam. İndi də o, bu dediyinə əməl edir”.