Qızı xəstələndiyi üçün ailəsinin yanına qayıtdı

Qızı xəstələndiyi üçün ailəsinin yanına qayıtdı
3208 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış rok ifaçısı Teoman ailəsinin yanına qayıdıb.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, 2012-ci ildə tələbə yoldaşı Ayşə Qaya ilə ailə quran, bir il sonra isə Zeyno adlı qızı dünyaya göz açan müğənni xanımından boşanmaq qərarına gəlmiş və evi tərk etmişdi. Lakin hələ bir yaşı tamam olmayan qızının xəstələndiyini eşidən Teoman evinə qayıdıb.

Yaxınları onun həyat yoldaşı Ayşə Qaya ilə çox səmimi davrandığını və yenidən barışa biləcəklərini söyləyiblər.