“Pişik ətindən də lahmacun yeyirdik” - Cem Yılmaz

“Pişik ətindən də lahmacun yeyirdik” - Cem Yılmaz
1223 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur yumor ustası və şoumen Cem Yılmaz ‘Beef&Fish’ jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, yemək sirlərindən danışan şoumen hələ balacalığından türk qəhvəsi hazırlamağı öyrəndiyini, ən çox isə anasının bişirdiyi yarpaq dolmasını sevdiyini söyləyib:
“Atam həmişə deyir ki, ananız evdə olmasa, tək qalsam, ölərəm. Yemək bişirmək bir az səbir istəyir, biz kişilərdə isə bu yoxdur”.

C.Yılmaz tələbilik illəri ilə bağlı maraqlı etiraf edib:
 
“Hərdən 48 saat ac qalırdıq. Bəzən isə 15-20 lahmacun yeyirdik. Adətən ayın əvvəlində pulumuz olanda istədiyimizi edirdik. Amma ayın sonuna doğru pulumuz qurtaranda pişik ətindən də lahmacun yeyirdik”.