"Onunla 20 uşaq böyütməyi arzulayıram" - Şakira

"Onunla 20 uşaq böyütməyi arzulayıram" - Şakira
2509 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Jerar Pike ilə vətəndaş nikahında olan dünya şöhrətli müğənni Şakira doğulacaq körpəsindən danışıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ana olmağa hazırlaşan ifaçı müsahibələrinin birində böyük oğlu Milanın qardaşının doğulacağını və bunun onu çox sevindirəcəyini bildirib:

“Bu, Milana əsl hədiyyə olacaq. Mən qızımın dünyaya gəlməsini istəyirdim, amma alınmadı. Bilmək olmaz, gələcəkdə bizi nə gözləyir. Hazırda çox xoşbəxtəm, çünki oğlanları da sevirəm. Mən, ümumiyyətlə, Pikeylə 20 uşaq böyütməyi arzulayıram”.

Həyat yoldaşı ilə münasibətlərindən də danışan Şakira onun oğlunun tərbiyəsində mühüm rol oynadığını vurğulayıb:
 
“O, Milana hansı qayğı lazımdırsa, onu da göstərir. Mən təsəvvür edə bilmirəm ki, Jerar yanımda olmasa, nə baş verə bilər. Ailə hər ikimiz üçün çox önəmlidir. Həyat yoldaşım da ailəcanlıdır. Məhz bizi bir yerdə saxlayan da hər ikimizə xas olan bu xüsusiyyətimizdir”.