Azərbaycanlı təşkilatçının Antalyada toyu olacaq

Azərbaycanlı təşkilatçının Antalyada toyu olacaq
2190 dəfə oxunub
  • A-
  • A
  • A+
“V&V company”nin rəhbərlərindən olan Vadim İlişayevin toyu olacaq.

Axşam.az-ın məlumatına görə, bu haqda “Hər şey daxil” verilişində qonaq olan prodüser Tolik deyib. O, mərasimin noyabrın 1-də Antalyada baş tutacağını bildirib. Toyda yerli şou-biznesin tanınmış simaları iştirak edəcək.

Qeyd edək ki, Vadim və Valeriy qardaşları “Qrand” mükafatının təsisçiləri kimi tanınırlar. Valeriy İlişayev ailəlidir, iki övladı var.