“Deməsin ki, məhkəmədə uddum, Tolik qorxdu”

“Deməsin ki, məhkəmədə uddum, Tolik qorxdu”
1896 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tolik bundan sonra qalmaqallar etməyəcək.

Axşam.az-ın məlumatına görə, o, “Hər şey daxil” verilişində artıq bu cür söz-söhbətlərdən uzaq olacağını deyib:

“Elə insanlar var ki, onlar məni qıcıqlandırır. Həmin sənət adamlarından zərbə görmüşəm. Amma öz-özümlə tək olanda fikirləşirəm: bəlkə bəsdir? Hər şey, söz-söhbət bitsin. Bunu eşidənlər deməsin ki, məhkəmədə uddum, Tolik qorxdu. Əsla belə şey yoxdur. Öldü var, döndü yoxdur. Amma qərar vermişəm ki, söz-söhbətlərdən uzaq olum. Bu, insanları da qıcıqlandırır. Mən eqoistəm, çalışıram yaxınlarımın məsləhətinə qulaq asmayım. Onda özlərini böyük hiss edirlər. İnstaqram dostlarımın məsləhətlərinə hörmətlə yanaşıram. Məni tanımırlar, gözəl sözlər deyirlər”.

Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, A.Kazımova, Tolik və Z.Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Tolik isə üzr istəməyəcəyini, apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.