Sərxoş Van Damm İstanbulda aləmi qatdı - fotolar

Sərxoş Van Damm İstanbulda aləmi qatdı - fotolar
4205 dəfə oxunub
  • A-
  • A
  • A+
Döyüş filmlərinin məşhur aktyoru Jan Klod Van Dammın “Qızıl portağal” mükafatlandırma mərasimindən ötrü Türkiyəyə yollandığı barədə xəbər vermişdik.
 
Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, ötən gün 2 qadınla İstanbul gecələrində görüntülənən aktyor aləmi bir-birinə qatıb. Belə ki, sərxoş olan ulduz əlindəki stəkanı yerə çırparaq, dizüstə çöküb qışqırmağa başlayıb. Köməkçisi V.Dammın hərəkətlərinə görə hər kəsdən üzr istəsə də, o, bununla da kifayətlənməyib.

Jan Klod qadınları maşınına mindirərkən onları çəkmək istəyən jurnalistlərə təpik atmağa başlayıb, müxbirlərdən birinin üstünə hücum edərək ona ədəbsiz sözlər deyib. Mühafizəçilərin avtomobilinə güclə mindirdikləri dünya ulduzu pəncərələri yumruqlayaraq oradan uzaqlaşıb.