Hülya Avşar öz həyatı haqda film çəkəcək – yeni fotolar

Hülya Avşar öz həyatı haqda film çəkəcək – yeni fotolar
2534 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Hülya Avşar “Şamdan Plus” dərgisinin 10 yaşı münasibətilə fotokameralar önünə keçib.
 
Axşam.az-ın məlumatına görə, jurnala müsahibə verən sənətçi yaradıcılığı ilə bağlı sualları cavablandırıb. O, gələn il seriallardan birində çəkilmək istədiyini, amma hələlik “Hülya Avşar Şou”ya davam etmək fikrində olduğunu bildirib.

Müğənni öz həyatı barədə film çəkməyə hazırlaşdığını da söyləyib:
 
“Yavaş-yavaş yazıram. Çoxlu aktyorun çəkilməyəcəyi bir ekran işi hazırlamaq niyyətindəyəm. Ssenarini qurtarmaq üzrəyəm. Yəqin ki, qısa müddətdə bunu həyata keçirəcəm. Yazdıqlarımın hamısı realdır və öz həyatımdandır”.