“Mənim oğlumu heç kəs pis yola çəkməyib” – xalq artisti

“Mənim oğlumu heç kəs pis yola çəkməyib” – xalq artisti
1973 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Arif Quliyev həbsxanaya düşüb, dünyasını dəyişən oğlundan danışıb.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişində qonaq olan aktyor “Övladınız həbsxanaya düşdü. Burada ailə tərbiyəsinin günahı oldu” sualına belə cavab verib:

“Övlad təsirə düşürsə, onun əməlini valideynə qoşmaq olmaz. Hər şey insanın özündən asılıdır. Bu, o demək deyil ki, bizim ailədə problem var. Adam öz dostunu, yaxınını tanımalıdır. Tanımırsansa, hərəkətinə, davranışına qiymət vermirsənsə, təsirə düşürsən. Mənim oğlumu heç kəs pis yola çəkməyib. O qayğı da, istək də görüb. Sadəcə, təsirə düşüb. Amma düşməməliydi. Niyə mənim atam, əmim, dayım olmaya-olmaya mən pis yola getmədim, amma o getdi?”.

Qeyd edək ki, A.Quliyevin məhkumluq həyatı yaşayan oğlu Fərid Quliyev dünyasını dəyişib.