“Çox məşhurun pis vərdişi var” - Zaur

“Çox məşhurun pis vərdişi var” - Zaur
2617 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xəzər” telekanalının aparıcısı Zaur Kamal həmkarlarından söz açıb.

Axşam.az-ın məlumatına görə, aparıcı “5/5” verilişində pis vərdişlərdən danışıb:

“16 ildir radioda fəaliyyət göstərirəm. Aparıcıların da öz həyatları, dünyaları olur. Hər zaman düşünmüşəm ki, ətrafımdakılar səmimi, düzgün, tərbiyəli insanlardır. İradəm elə də güclü deyil. Əhatəmdə başqa cür adamlar olsaydı, mən də düz yolun yolçusu olmazdım. Mənə də deyərdilər ki, bu, filankəsdir... Bəzi aparıcıların adını çəkəndə, arxasınca xoş sözlər danışmırlar. Ona görə də, efir adamları, tanınan simalar özlərini qorumalıdır. Həmişə çıxdığı ailəyə hörmət etməlidir. Bəziləri bir az məşhurlaşan kimi, deyir burada mənəm Bağdadda kor xəlifə. Çox məşhurun pis vərdişi var, əyri yola qurşanırlar. Tamaşaçı küçədə sənə deyəndə ki, səni doğan anaya halal olsun, bu daha gözəldir”.