Burakla Fəxriyyənin filminə görə etiraz

Burakla Fəxriyyənin filminə görə etiraz
2285 dəfə oxunub
  • A-
  • A
  • A+
Çəkilişləri Muğlada aparılan, baş rollarda Burak Özçivit və Fəxriyyə Evcənin oynadığı “Eşq sənə bənzər” filminin yaradıcı heyəti yerli sakinlərin qəzəbinə tuş gəlib.
 
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "BRKS Productions ve TAFF” şirkəti çəkiliş aparılan bölgəni zibilliyə çevirib. “Evim şəhanə”  proqramı tərəfindən tikilən ev viran olunmuş şəkildə dəniz sahilində qalıb. Yaradıcı heyət tərəfindən içilən müxtəlif su qabları isə ormana atılıb. Həm prodüser şirkətinə, həm də bələdiyyə rəisinə qəzəblənən kütlə “Gəldilər, filmlərini çəkdilər, ətraf mühiti məhv edib getdilər. Ar olsun!” deyərək etirazını bildirib.

Bu arada, F.Evcənin “Kurt Seyit ve Şura” serialında növbəti qalmaqal çıxardığı deyilir.
 
Belə ki, naharda ona gətirilən pideni bəyənməyən aktirsa “Mən bunu yemərəm. Meyvəli yoqurt tapın! İçinə də yaşıl alma və mandarin doğrayın”, - deyə əmr verib. Gərgin vəziyyəti rejissor Hilal Saral düzəltməyə çalışıb.

Xatırladaq ki, Fəxriyyə daha əvvəl də həmkarı Elçin Sunquyla, “Çalıquşu” serialında isə makiyaj ustası və işıqçı ilə dalaşmışdı.