Otaq yoldaşı "Keyxanım"ı həyat yoldaşından ayırıb

Otaq yoldaşı "Keyxanım"ı həyat yoldaşından ayırıb
5104 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqili Komediya Teatrının aktrisası, "Keyxanım" kimi tanınan Ülviyyə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
 
Aktrisa vaxtilə otaq yoldaşı tərəfindən ailəsinin dağıldığını deyib:

“8 ildir ki, həyat yoldaşımdan ayrılmışam. 23 yaşım vardı, bir yerdə işlədiyim bir oğlan tərəfindən sevildim. İl yarım nişanlı qaldıq, sonra toyumuz oldu. Hər şey çox yaxşı idi, xoşbəxt yaşayırdıq. Bir ildən sonra ildırımlar çaxdı, hər şey alt-üst oldu. Boşandıq. Çünki gedən adamı yola salmaq lazımdır. İndi buna görə heç peşman da deyiləm”.
 
Amma aktrisa buna görə zamanında çox depressiyaya düşdüyünü bildirib:

“Demək olar ki, özümə gələ bilmirdim. Çox pis depressiya yaşadım. Özümə fikir vermirdim, sanki həyat mənim üçün mənasını itirmişdi. Müəllimim, xalq artisti Afaq Bəşirqızı məni, demək olar ki, silkələdi, dedi ki, bir özünə bax, gör nə haldasan. Yaxın rəfiqəm, aktrisa Tünzalə Əliyeva mənə həmin vaxt bir mesaj yazdı, indi də onu saxlayıram. Dostların köməyi nəticəsində ayağa qalxdım və keçmişin üzərindən xətt çəkdim”.
 
Hazırda özünü xoşbəxt saydığını deyən aktrisa  həyatını dağıdan o qadına da minnətdar olduğunu gizlətmədi:

“Mən indi o qadına "çox sağ ol" deyirəm ki, bizi ayırdı. O, mənim otaq yoldaşım idi”.

(publika.az)