"Müğənnilərin toya on minə getməyindən kimə nə?"

"Müğənnilərin toya on minə getməyindən kimə nə?"
1194 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Vasif Məhərrəmli “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi efirdə müzakirə edilən “Toylarda israfçılıq” mövzusuna münasibət bildirib:

“Şadlıq evim yoxdur. Aralarında dostum olan şadlıq evi rəhbərləri də azdır. Amma yenə də restoranları tənqid etmək düzgün deyil. Heç bir restoran müdiri insanların qapısını döyüb yalvarmır ki, gəl mənim sarayımda toy et. Kim harada, hansı qiymətə istəyir, elə də məclis edir. Müğənnilərin toya on minə getməyindən kimə nə? Bu günlərdə Moskvada məclisdə idim. Nikolay Baskov həmin toya 60 min dollara gəlmişdi. Bizdə on minə toya gedəni müzakirəyə qoyurlar. Ən ucuz qiymət bizim müğənnilərdədir”.