Stilist müğənnilərimizin geyiminə qiymət verdi - video+fotolar

Stilist müğənnilərimizin geyiminə qiymət verdi -  video+fotolar
3177 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlanan “Şarm” verilişinin “Qiymətli stil” rubrikasında bu dəfə bələdçi stilist Nəsir Babayev olub.

Axşam.az-ın məlumatına görə, rubrikanın qonaqları arasında müğənni Xumar Qədimova, Xatirə İslam və Sevda Yəhyayeva yer alıb.

Xumar Qədimova – Saç düzümünü hər zaman bəyənmişəm. Aksesuardan istifadə etməməsi düzgündür. Bu paltarda ekstravaqand aksesuarlar lazım deyil. Corabları geyiminə uyğun gəlmir.

Xatirə İslam – Geyimi şişirdilib. Bütün qaş içindədir. Sadə ayaqqabı seçərdi. Saç düzümü və makiyajı yaxşıdır. Belə tərzi ilə Cennifer Lopezə oxşayıb. Bu zərli geyim klipə uyğundur, səhnə üçün yox.

Sevda Yəhyayeva – Şou-biznesdəki on dəbli xanımdan biri də odur. Nə qədər sadə geyinsə, o qədər yaxşıdır. Makiyajı, saçı yaraşır. Sadə görünür. Heç olmasa, ya sırğa, ya da qolbaqdan istifadə edərdi. Yeganə qüsuru budur.

Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayıl, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin şənbə günü, saat 12:00-da efirə çıxır.