Müğənnilər Afaq Gəncəlini dəhşətə salıb - fotolar

Müğənnilər Afaq Gəncəlini dəhşətə salıb -  fotolar
7786 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-də yayımlancaq “Kimdir nömrə 1?” yarışmasının ilk çəkilişi baş tutub.

Axşam.az-ın məlumatına görə, ötən gün proqramda yarışacaq müğənnilər bəlli olub. Belə ki, müsabiqədə müğənni Günay İbrahimli, Yaşar Cəlilov, Gülay Zeynallı, Çingiz Mustafayev, İlahə İbadova, Yaşar Yusub, Elvin Abdullayev, Aysel Əlizadə, Nurkan-Lalə cütlüyü və başqaları yer alıb.

Verilişdə ekspert kimi çıxış edən aparıcı Afaq Gəncəli təəssüratlarını bizimlə bölüşüb. O, ilk çəkiliş günü ifaçıların qalmaqallarından danışıb:

“Belə bir qalmaqal gözləmirdim. Bu müsabiqənin daha rahat, sakit keçəcəyini düşünürdüm. Amma hələ tanıtım buraxılışı bu cür qalmaqallı keçdisə, sonra nələr olacaq... Müğənnilər məni şoka saldı. Gözləmədiyim ifaçılardan elə açıqlamalar eşitdim ki, dəhşətə gəldim. Neçə ildir maqazin verilişi aparıram, hələ bu cür açıqlamalar eşitməmişdim. Hər zaman sakit görünən sənətçilər, sən demə, bir-birinə qarşı necə aqressiv imiş. Bir-birlərinin arxasınca nələr danışırmışlar... Çox maraqlı bir efir olacaq. Verilişin aparıcısı Cavid Gülə bu layihəsində uğurlar arzulayıram”.

Qeyd edək ki, proqramda “Nömrə 1” adını qazanmaq üçün 19 müğənni yarışacaq. Müsabiqənin digər eksperti prodüser Tolik olacaq.