“Şeron” qayıdır

“Şeron” qayıdır
1173 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir ki, gündəmdən uzaqlaşan, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupundan yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan ifaçı bunları deyib:

“Bir çox tədbirə dəvət edilirik. Amma hər dəvətlə razılaşmırıq. Buna görə də, bizdən inciyən olmur. Bizim öz auditoriyamız var. Onu qoruyub saxlayırıq. Bir müddət idi ki, yaradıcılığa fasilə vermişdik. İndi yeni mahnılarla, aranjimanlarla geri qayıtmışıq. Maraqlı yeniliklərimiz olacaq”.

Qeyd edək ki, qrupun üzvləri Rüstəm Zeynallı, Nicat Rəhimov, Anar Musayev, Əbdül Kəbirdir.