“Sinirlərim pozulub...” – Lalə Məmmədova

“Sinirlərim pozulub...” – Lalə Məmmədova
2703 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova efirlərdən şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişində qonaq olan müğənni telekanalları izləmədiyini deyib:

“Son iki ildir heç bir maqazin verilişini izləmirəm. İndi artıq xəbərləri də şoulaşdırıblar. Sinirlərim pozulub, efirə baxa bilmirəm. Səhər yuxudan oyanırsan, televizoru açırsan ki, nəsə xəbər eşidəsən. Salam verməmiş, dava-dalaşdan danışırlar. Bilirəm ki, dünyada vəziyyət yaxşı deyil, davalar gedir. Amma heç olmasa, salam verin... Yaxşı xəbəri isə sonda yarım dəqiqə içində deyirlər, bitir. Buna görə də, efirlərimizə baxmıram. Xəbərləri saytlardan oxuyuram”.