Birinci xanım hamilədir - fotolar

Birinci xanım hamilədir - fotolar
3269 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ay vətəndaş nikahında olduğu Maka Çiçua münasibətlərini rəsmiləşdirən Gürcüstan prezindenti növbəti dəfə ata olacaq.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, birinci ledinin hamilə olması ilə bağlı şayiələr çoxdan yayılsa da, rəsmi olaraq təsdiqini tapmamışdı. Bu gün müxtəlif dini konfessiyaların təmsilçiləri ilə görüşən Margvelaşvilinin facebook hesabında paylaşdığı fotolarda birinci ledinin hamilə olması diqqətlərdən qaçmayıb.

Xatırladaq ki, nikah mərasimi ötən ay dövlət başçısının şəxsi evinin olduğu Duşetidə (ölkənin şərqi) baş tutmuşdu. Prezidentin və birinci ledinin hər birinin ilk evliliklərindən bir övladları var.