“Əməliyyatdan sonra dodaqlarım balacalaşdı”

“Əməliyyatdan sonra dodaqlarım balacalaşdı”
7454 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində plastik əməliyyatlardan bəhs edilib.

Axşam.az-ın məlumatına görə, aparıcılığını prodüser Təranə Səmədovanın etdiyi proqramda müğənni Günel Ələkbərova və Nazim Məmmədov qonaq olub. G.Ələkbərova dodaqlarını əməliyyat vasitəsilə kiçiltməsindən danışıb:

“Əvvəl dodaqlarımı gellə şişirtdilər. O qədər böyümüşdü ki, istədiyim dodaq boyasından istifadə edə bilmirdim. Amma əməliyyatdan sonra dodaqlarım balacalaşdı. İstədiyim kimi qırmızı boyanı da çəkə bilirəm”.

N.Məmmədov isə burun əməliyyatından söz açıb:

“Ötən il qəza keçirdim. Burnumdan zədə almışdım. Gecələr rahat yata bilmirdim. Əməliyyat vasitəsilə o qüsuru aradan qaldırdılar. İndi nəfəs almağım rahatlaşıb”.

Qeyd edək ki,”Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.