“Başqası ilə eyni evdə yaşamalarını qəbul edə bilmərəm”

“Başqası ilə eyni evdə yaşamalarını qəbul edə bilmərəm”
2157 dəfə oxunub
  • A-
  • A
  • A+
“Anadolu Atəşi” rəqs qrupunun rəhbəri, türkiyəli müğənni Gülbən Ərgənin keçmiş həyat yoldaşı Mustafa Ərdoğan “Milliyət” qəzetinə müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, M.Ərdoğan ilk dəfə 8 illik həyat yoldaşı G.Ərgənin yeni evliliyi və 3 oğlu haqda danışıb:
 
“Gülbən indiyə kim yaxşı ana idi. Ən əsası, bundan sonra necə bir valideyn olacağıdır. Məni uşaqlarım maraqlandırır. Qalanı öz həyatıdır, xoşbətlik arzulayıram…”.

Mustafa Ərdoğan oğulları ilə bağlı isə bunları deyib:
 
“Uşaqlara qayğı göstərməliyik. Onların tərbiyəsində hər hansı çatışmazlıq olsa, müdaxilə edəcəm. Övladlarımın başqası ilə eyni evdə yaşamalarını qəbul edə bilmərəm!”.

M.Ərdoğan “Əsla evlənmərəm” sözünü dediyinə görə peşman olduğunu, sevmək istədiyini söyləyib: “

"Çox böyük danışmışam. Harada, nə vaxt, nə baş verəcəyi bəlli deyil. Hazırda hər hansı bir münasibət qurmağı bacarmıram, amma aşiq olmaq istəyirəm…”.

Qeyd edək ki, Mustafa Ərdoğanın G.Ərgənlə evliliyindən Atlas, Ares və Güney adlı 3 oğlu var.