Sneyderin xanımı Kıvanç Tatlıtuğu öpüb qucaqladı – fotolar

Sneyderin xanımı Kıvanç Tatlıtuğu öpüb qucaqladı – fotolar
3985 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qalatasaray” futbol klubunun hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder ötən gün Türkiyə superliqasının 6-cı turunda “Fənərbaxça” üzərindəki 2:1 hesablı qələbəsini yaxın dostları ilə birlikdə qeyd edib.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, aktyor Kıvanç Tatlıtuğun da qatıldığı əyləncə gecəsində rəqib komandanın qapısına vurduğu iki qola görə Sneyderin şərəfinə şampan partladılıb. Futbolçunun xanımı Yolante Kabau partidən bir qədər tez çıxan K.Tatlıtuğu öpüb qucaqlayaraq yola salıb. Y.Kabaunun aktyorla bu cür səmimi sağollaşması isə gündəm mövzusuna çevrilib.

Qeyd edək ki, bir müddət əvvəl mediada Uesli Sneyder evdə olmayanda Yolantenin tez-tez əyləncəli gecələr təşkil etdiyi  iddia olunurdu. Ötən həftə həyat yoldaşının ona aldığı saatın şəklini İnstaqramda paylaşan Y.Kabau qəribə etiraf da etmişdi:
 
“Ərimə inanıram. “Uesli mənə heç vaxt xəyanət etməyəcək” deyə bilmərəm, amma belə bir vəziyyətdə ilk aldadılan da mən olmayacam”