Şou əhli ayın neçə günü toydadır? – sorğu

Şou əhli ayın neçə günü toydadır? – sorğu
3132 dəfə oxunub
  • A-
  • A
  • A+

“Onlar” verilişi müğənnilər arasında sorğu apararaq, ayın neçə günü toyda olduqlarını soruşub.

Axşam.az həmin sorğunu təqdim edir:

Sevda Yəhyayeva – Maşallah olsun, çox yaxşıdır. Amma sayını deməyim.

Elnur Məmmədov –Az qala, hər gün. Amma bu o demək deyil ki, bütün toylarım pulladır. Dost-tanış var ki, onların məclisində oluram. Hərdən mənə “Pulsuz toylar kralı”da deyirlər.

Samir Piriyev – Heç vaxt toydan korluq çəkməyən müğənnilərdənəm. Əksinə, deyirəm ki, kaş bu ay toyum az olardı, bir az dincələrdim. Hətta ayın 28 günü toya getdiyim vaxt da olub. Abbas Bağırov, Nadir Qafarzadə, Elton Hüseynəliyev yaxşı toy aparır.

Kərim Abbasov – 16-17 ildir toylara gedirəm. Pulum buradan çıxır, nə edim. Ən düzgün toy aparan, məncə, Nadir Qafarzadədir.

Elvin Abdullayev –Bir ayda ən çox 10 toyum olur. Allah hər kəsin ruzisini yetirsin. Amma “ayda 30 gün toyum var” deyənin səmimiliyinə inanmıram. Birinci Elton Hüseynəliyev, daha sonra Mətanət İsgəndərli və Mətanət Əsədova ən yaxşı toy aparır.

Emil Bədəlov – Ayda 10-15 gün toyum olur.

Elton Hüseynəliyev – Oktyabr girəndən 6 toy oxumuşam, 12-si də qarşıdadır. Abbas Bağırov, Nadir Qafarzadə, Samir Piriyev, Röya, Aygün Kazımova yaxşı toy aparır. Samir Anarla (prodüser Anar Mədətov – red.) işlədiyinə görə yox, öz zəhməti ilə daha çox toy qazanır.

Roza Zərgərli –10-12 toydan artıq olmur. Kim efirdə tez-tez görünürsə, onun da toyu çox olur.

Günay İbrahimli – Saymıram. “Şeron” qrupunu, Sevda Yəhyayevanı, Rəhim Rəhimlini tez-tez toyda görürəm.