Dəniz Səkinin gizləndiyi yer məlum oldu

Dəniz Səkinin gizləndiyi yer məlum oldu
2668 dəfə oxunub
  • A-
  • A
  • A+
Narkotik ticarəti cinayətindən haqqında 6 il 3 ay müddətinə həbs qərarı çıxarılan, lakin maydan bəri polis tərəfindən tutula bilməyən türkiyəli müğənni Dəniz Səkinin gizləndiyi yer məlum olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çoxsaylı şahidlərin ifadələrinə əsasən, D.Səkinin Yunanıstanda Mikena adasında gizləndiyi ortaya çıxıb.
 
Hətta onu 5 min avroya aldığı iddia edilən evinin eyvanında oturarkən görənlər də olub.

4 aydır bir dostu ilə yaşayan ifaçı çölə çıxarkən tanınmamaq üçün eynək taxır, başına şlyapa qoyur. Polis müğənnini görənlərin ifadəsi əsasında artıq onun Yunanıstanda olduğu qənaətindədir.