“Birinci evliliyim uğursuz oldu, boşandım” – Mətanət

“Birinci evliliyim uğursuz oldu, boşandım” – Mətanət
5213 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Mətanət Əliverdiyeva “Gün üzü” verilişində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, aparıcı ikinci dəfə ailə qurduğunu deyib:

“Mən çox erkən yaşda ailə qurmuşam. 18 yaşımda artıq ilk oğlum dünyaya gəlmişdi. Uğursuz evlilik idi, boşandım. İkinci dəfə ailə qurdum. Ondan da bir oğlum dünyaya gəlib. İki övladımla, ailəmlə çox xoşbəxtəm”.

M.Əliverdiyeva boşanmış qadınlara qarşı cəmiyyətdə yayılan birmənalı fikirlərə də münasibət bildirib:

“Əyinə şalvar geyinməklə kişi olmaq olmur. Qadınlar da şalvar geyinir. Mən küçədə hansısa bir xanıma sataşıldığını görəndə tanımasam belə, gedib onun gözünü çıxararam. Bu cür etmişəm də. Bu günlərdə APA agentliyində çalışan Mahir Məmmədli sosial şəbəkədə məndən yazıb: “Mətanət səhər xəbərlər aparır, axşam şou verilişi ilə efirə çıxır”. Kimə nə? Zəng edib dedim, bəli: Mətanət axşam şou aparır, sonra da tum satır. Namusu ilə pul qazanır. Sənə nə, Mətanət nə iş görür? Sən məni tanıya-tanıya haqqımda necə belə danışa bilərsən? Mən çalışan insanam. Həftəsonu da boş otura bilmirəm. İnsanları qınamaq olmaz. Qadın arxasınca danışana mən kişi kimi baxmıram”.