“Titanik” ulduzu 2 milyon dollar bağışladı

“Titanik” ulduzu 2 milyon dollar bağışladı
983 dəfə oxunub
  • A-
  • A
  • A+
Ətraf mühitə həssas münasibəti ilə tanınan Hollivud ulduzu, məşhur “Titanik” filminin qəhrəmanı Leonardo Di Kaprio bunu təbiəti mühafizə üzrə müxtəlif yardım fondlarına maddi dəstəyi ilə də nümayiş etdirir.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin ətraf mühitin qorunması üzrə səfiri seçilən Di Kaprio “Oceans 5” xeyriyyə təşkilatının hesabına 2 milyon dollar pul köçürüb. Aktyor öz bəyanatında bildirib ki, gələcəkdə planetin təbii resurslarının müdafiəsi üçün irihəcmli sərmayələr qoyacaq:

“Oceans 5” su mühitinin qorunması üçün nadir platformalardandır. Təəssüf ki, sualtı dünyanın yalnız 2%-i müdafiə olunur. Biz bu göstəricini müsbət istiqamətdə dəyişməliyik. Mənim fondum da (“LeonardoDiCaprio’sFoundation” ) “Oceans 5”-i dəstəkləyir və dünya okeanındakı vəziyyəti yaxşılaşdırmağa çalışır”.