Qızına üç gün toy edəcək – video

Qızına üç gün toy edəcək – video
3631 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan qızı Gülşənə üç gün toy edəcək.

Axşam.az-ın məlumatına görə, müğənni “Onlar” verilişinə açıqlamasında kürəkənindən və övladından bəhs edib:

“Qızım hər zaman mənə dayaq olub. O, mənə həm ana, həm də bacıdır. Toy yayda, isti havada olacaq. Oğlumun toyunda çox adam məndən küsdü. İndi o insanları qızımın məclisinə dəvət edəcəm. Mərasim açıq havada keçiriləcək. Üç gün toy edəcəm. Çünki mənim balam buna dəyər. Kürəkənim şəxsi fotoqrafımdır. Ağıllı övladdır. Gördüm ki, çalışqandır, mənə hörmət edir. Nə demək istədiyimi bir hərəkətimdən başa düşür. Kaş oğlum da bir işarəmdən məni anlayardı”.