“Qadının sinəsi böyük olmalıdır” – İrina Şeyk

“Qadının sinəsi böyük olmalıdır” – İrina Şeyk
6821 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur model İrina Şeyk xarici mətbuata müsahibə verib.

Axşam.az-ın məlumatına görə, o, qadınlardan, gözəllikdən, idmandan bəhs edib.

- Kişilərin xoşuna gəlmək üçün necə geyinmək lazımdır?

- Mən gözəl bədəni olan qızların pərəstişkarıyam: qadının sinəsi böyük, bədən forması qəşəng olmalıdır. Heç vaxt idman etməmişəm, dəhşətli dərəcədə arıq olmamışam. Sadəcə, idmanla bədən quruluşuma diqqət edirəm. Arıq qadınları xoşlamayan kişilərlə razıyam. Qadın bir az ətli olmalıdır, bu seksuallıqdır. Mənim bəyəndiyim modellərin ölçüləri hər zaman 90-dan yuxarı olub: Sindi Krouford, Klaudiya Şiffer. Onları seksual adlandırmaq olar, küçədə kişilər hər zaman belə qadınlara baxıb bəyənirlər.

- Amerikada, əsasən də Kaliforniyada xanımlar özlərinə qulluq etmək üçün ilk növbədə plastik əməliyyata müraciət edirlər. Buna münasibətiniz...

- Hər bir insan istədiyini etməkdə sərbəstdir. Amma mən plastik əməliyyata pis baxıram. Düzdür, ətrafda söz gəzir ki, guya mən dodaqlarımı şişirtmişəm, bədənimin hansısa nahiyyəsini yekəltmişəm. Yalandır, heç nə etməmişəm. Bunları eşidəndə gülürəm, çünki gözəlliyim təbiidir. Qocalıqla mübarizə aparmaq üçün idman zalına gedirəm, hərəkətdə oluram, maskalar və masajlar edirəm.

-Hansı idman növü ilə məşğul olursunuz?

- Boksla. Bunu çox sevirəm. Çünki gözəl məşqçim var. Boks stress atmaq, əhvalı yüksəltmək üçün əla vasitədir. Özünə uyğun idman növünü tapmalısan. Bəzən alış-verişə də ayaqla getməlisən. Kişilər də təbiiliyi xoşlayır. Onlar slikonları, hədsiz makiyajı sevmirlər. Daha çox rus yeməkləri üçün darıxıram: “oliviye”, “vineqred” salatları, hisə verilmiş kolbasa. Nyu-Yorkda isə yeməklər dəhşətlidir, burada vaxt keçirmək üçün ancaq idman etməlisən.

- Geyimə gəldikdə... Necə libaslar seçirsiniz?

- Adi həyatda heç vaxt hündürdaban ayaqqabı və don geyinmirəm. Evdən çıxmaq üçün mənə makiyaj və saç düzümü lazım deyil. Libaslarda bahalı brendlər düşkünü deyiləm. Əsas odur ki paltar mənə rahat olsun. Qiymət önəmli deyil. Ən çox “Dior” və “Givenchy” brendlərini xoşlayıram. Amma hərdən adi mağazaya girib 3 dollara da paltar alıram, kənarda görən isə “Vau, bu nə möhtəşəmdir” deyə təəccüblənir.

- Həyatda ən gözəl məsləhəti kimdən almısınız?

- Ən dəyərli məsləhətlərimi anamdan və nənəmdən almışam. Özünə güvənməlisən və tənqidlərə qulaq asmamalısan. Əsasən də bizim peşədə. Hər dəqiqə kimsə səni pisləyir. Mən oğlaq bürcündənəm, kimsə “yox” deyirsə, bu, mənim üçün “hə” mənasını verir.