"İndiki ağlım olsaydı, heç vaxt ərə getməzdim" - Mətanət

"İndiki ağlım olsaydı, heç vaxt ərə getməzdim" - Mətanət
5407 dəfə oxunub
  • A-
  • A
  • A+
Ailem.az ATV kanalının “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevadan müsahibə götürüb.
 
Axşam.az həmin müsahibəni təqdim edir. 
 
- Evlilik, yoxsa subaylıq?
 
- Evlilik.
 
- Ailə, yoxsa karyera?
 
- Məndə hər ikisi eyni xətt üzrə gedir və hər ikisi bir-birinin möhkəmlənməsinə  kömək edir. Düşünmürəm ki, hansısa digərinə mane olur.
 
- Oğlan, yoxsa qız uşağı?
 
- Oğlan.
 
- Çay, yoxsa kofe?
 
- Kofe.
 
- Pizza, yoxsa qutab?
 
- Qutab.
 
- TV, yoxsa radio?
 
- Radio.
 
- Məşhur olmaq, yoxsa olmamaq?
 
- Kim sevmir ki məşhurluğu?!
 
- Hansında rahatdır Mətanət: xəbər aparıcısı, yoxsa şou aparıcısı kimi?
 
- Hər  ikisində. Xəbər şouya  kömək edir. Informasiya baxımından  və dünyada baş verən hər bir şeydən  xəbərim var.
 
- ANS ÇM, yoxsa 106.3?
 
- ANS ÇM-i seçsəydim,  elə orada qalardım da ....  Əlbəttə, 106.0 və 106.3. Harada inkişaf var, deməli,  yalnız  o istiqamətə doğru...
 
- Elgiz, yoxsa Zaur Baxşəliyev?
 
- Hər ikisi hörmət etdiyim aparıcılardır. Tərəziyə qoysan, Elgiz Zaurdan çəki baxımdan ağır gələcək, amma peşəkarlıq tərəfdən Zaur çox üstündür.
 
- Serial, kino, yoxsa kitab?
 
- Mənim həyatım elə özü başdan ayağa çox serialı  kinodur. Yaxşı bir yazıçı istəyirəm ki, kitab yazsın.
 
- Hansılarla daha yaxşı dost olursunuz: qadın, yoxsa kişi?
 
- Qadınlar təhlükəlidir. Çox, lap çox....
 
- Qadın üçün ən çox hansı önəmlidir? Gözəllik, seksuallıq, intellekt?
 
- Gözəllik və intellekt - seksuallılığını isə nümayiş etdirməsə də, olar.  Qadın sirli olmalıdır.
 
- Kişilərdə ən çox sevmədiyiniz 3 xüsusiyyət hansıdır?
 
- Hər şeyə müdaxilə etmək, eyni sözü daima təkrar etmək (bu çox bezdiricidir, özünü  gözdən salır) və nəhayət  qadını olduğu kimi hiss etməmək.
 
- Sevgilinizi xəyanət edərkən tutsanız: ayrılarsınız, qızı döyərsiniz, yoxsa sevgilinizi bir söz deyib məhv edərsiniz?
 
- Heç nə, sadəcə gözlərinin içinə baxaram, baxaram, baxaram, o vaxta qədər ki,  başını qaldırıb o da  baxsın, nə bilim, baxa biləcək, ya yox?!
 
- Xoşbəxt olmaq üçün nə lazımdır?
 
- Həyatı sevmək.
 
- Sizi ən çox hansı sual bezdirir?
 
- Heç biri, lap təkrar da olsa, məmnuniyyətlə cavab verirəm.
 
- Dönüb geriyə baxanda nəyi etdiyinizə görə peşmanlıq çəkirsiniz?
 
- Mən geri  dönüb heç vaxt baxmıram. Geridə qalan artıq gerilədi, yalnız irəli.
 
- “İndiki ağlım olsaydı...” – cümlənin davamını necə bitirərdiniz?
 
- Heç vaxt ərə getməzdim (gülür).