Aşıq Samirə “5/5” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, ifaçı çox kövrək olduğunu etiraf edib:
“Gözümün suyu ovcumdadır. Tez-tez, özü də həmişə təklikdə ağlayıram. Amma heç vaxt üsyan etmirəm. Həyatda hər şeylə barışıram. Dərslərim olan gün də pis halımla ətrafımdakıları narahat etməmişəm. Ölümlə üz-üzə dayanmışam. Ona da tək getmişəm. Heç kimlə mənfi hisslərimi bölüşməyi sevmirəm. Ölümün də üzünə tək baxmağı xoşlayıram”.