“Efir gözəllik tələb edir” - Elnur

“Efir gözəllik tələb edir” - Elnur
947 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnur Məmmədov gözəllik salonlarındakı gigiyena qaydalarından şikayətlənib.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan ifaçı hər bir kəsin baxımlılığına və səliqəsinə fikir verməli olduğunu söyləyib:
 
“Hamı görünüşünə fikir verməlidir. Hər bir efir gözəllik tələb edir. Düzdür, gözəllik xanıma xas olan anlayışdır. Amma baxımlı olmaq, səliqə mütləqdir. İndiki zamanda hər kəs gigiyenik normalara əməl etməlidir.

Mənim ustam üzümü təraş edəndə yalnız öz alətlərimdən istifadə edir. Bir çox yerdə səliqəsizlik var. Azərbaycanda tək-tük yaxşı ustalar çalışır. Mənim getdiyim salonda heç vaxt yerə düşən darağı yumamış istifadə etmirlər”.