Yalnız xanımlar üçün

Yalnız xanımlar üçün
1986 dəfə oxunub
  • A-
  • A
  • A+
Axşam.az dadlı yeməklər bişirmək istəyən xanımlara mətbəx sirlərini təqdim edir:

· Dondurulmuş ətin buzunu mikrodalğalı sobada və ya isti suyun altında açmağa çalışma. Bu zaman ət bütün vitaminini itirir.

· Kartof püresinə 1 xörək qaşığı sirkə töksəniz, daha dadlı alınar.

· Sobada qızartdığınız ət qurumasın deyə içəriyə kiçik qabda su qoyun.

· Göbələyi bişirməzdən əvvəl 1 saat duzlu suda saxlasanız, həm dadı yaxşı olar, həm də bişəndə əzilməz.

· Mürəbbəni paslanmayan qabda bişirin. Əks-halda, meyvənin tərkibindəki C vitamini itər.

· Əti qaynadarkən içərisinə bir parça ağac kömürü atsanız iy gəlməz və tez yumuşalar.