Tolikdən Natavana: "Bilirəm sevgilin kimə zəng vurub, xahiş edib..."

Tolikdən Natavana: "Bilirəm sevgilin kimə zəng vurub, xahiş edib..."
4973 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) müğənni Natavan Həbibinin məhkəmə prosesində qalib gəlməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, Tolik İnstaqram səhifəsində sənətçi ilə bağlı bunları yazıb:

"Deyirəm, nə yaxşı mən bilirəm sevgilin kimə zəng vurub, xahiş edib ki, tapşır, məhkəmədə bizimki udsun. Həmin insanda sağ olsun, deyib ki, mənim hər ikisi ilə münasibətim var, edə bilmərəm. Mən apellyasiya məhkəməsinin düzgün qərar çıxaracağına əminəm. Bu ölkədə "kiminsə sevgilisi hansısa nazirin qardaşıyla, haranınsa icra hakiminin müavini ilə dostdur" kimi hallar keçməyəcək. Mən Azərbaycan vətəndaşıyam və yalnız Prezidentimə güvənirəm, xalqın arxasında dayanıb. Sənin sevgilinin əlaqələri apellyasiyada işə yaramayacaq. Demişəm, havayı reklam qurtardı".

Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə verib. Məhkəmənin qərarına əsasən A.Kazımova, Tolik və Z.Ağayev Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir.