“Burakla aramızda gözəl enerji yarandı, bu səbəbdən…” – Fəxriyyə Evcən

“Burakla aramızda gözəl enerji yarandı, bu səbəbdən…” – Fəxriyyə Evcən
4250 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Fəxriyyə Evcən “İnstayle” jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, ailəsindən və yaradıcılığından danışan aktrisa fotosessiya da etdirib. F.Evcən evləndikdən sonraçoxlu uşaqlarının olmasını arzulayır:

“Mən çoxuşaqlı ailədə böyümüşəm. 3 bacım var. Həyat qarşıma nə çıxaracaq bilmirəm, amma böyük ailəmin olmasını istəyirəm, çoxlu uşaqlarım dünyaya gəlsin. Bacılarımın da ailəsi böyükdür”.

Yeni “Eşq sənə bənzər” filmi haqqında da danışan F.Evcən maraqlı etiraf edib:

“Dənizdə çəkilən səhnələrdə güclü külək bizə bəzi çətinliklər yaşatdı. Amma işimizdən zövq alırdıq. Çəkiliş əsnasında Burakla (Burak Özçivit – red) aramızda gözəl bir enerji yarandı. Bu səbəbdən bütün çətinliklərə baxmayaraq, filmin çəkilməyini çox istədik. Ssenari iki nəfərin hekayəsi haqdadır və mənə çox güclü təsir göstərdi”.