Gülbən Ərgənin toyundan sonra ilk müsahibəsi

Gülbən Ərgənin toyundan sonra ilk müsahibəsi
3650 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Gülbən Ərgən toyundan sonra ilk dəfə “Elele” jurnalına müsahibə verib.
 
Axşam.az-ın məlumatına görə, iki illik münasibətlərindən sonra telejurnalist Ərxan Çəliklə nikah masasına əyləşən müğənni ailə həyatından danışıb. Həmin qısa müsahibəni təqdim edirik:

- Qarşınızdakı əks cinsin nümayəndəsində nəyi gördünüz ki, “axtardığım şəxs budur” dediniz?
- Kişidən yox, həyatdan nə gözlədiyimi bilirəm artıq. Ərxanın güclü sevgisi və böyük ürəyi məni ona təslim etdi. Evlilik bir sınaqdır. Bir ola bilmək bacarığıdır. “Mən”dən “Biz”ə keçiddir. Biz ailə olmağı seçdik.

- Son vaxtlar ən çox diqqət mərkəzində duran şey sizin eşq həyatınızdır. Hazırda vəziyyət necədir?
- Eşq həyatı yox, ailə həyatı deyək. Hər nə qədər məşhur biri olsam da, unutmamalı olduğum bəzi məsuliyyətlərim var.  Sevgili olmaq əvəzinə, həyat yoldaşı olmağı seçdik. Özümüzdən də əvvəl övladlarımız, onlara illərcə danışmalı olduğumuz müqəddəs dəyərlərimiz var. Hər ikimiz qız bürcündənik. Bu bürc isə bərəkət deməkdir. Gül buketimiz də qız fiquru və yasəməndən ibarət idi. Hər şey elə gözəl oldu ki...