Hamilə müğənniyə cadu etdirmək istəyiblər: “Elə et ki, ölsün”

Hamilə müğənniyə cadu etdirmək istəyiblər: “Elə et ki, ölsün”
5503 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə-müğənni Sevda Sanəliyevaya cadu etdirmək istəyiblər.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Günəbaxan verilişində qonaq olarkən deyib:

“Qubada bir baxıcı qonşumuz var idi. Onun yanına gedib şəklimi veriblər ki, elə et ki, Sevda pis vəziyyətə düşsün, ölsün. Bunu deyən adamın çoxlu pulu var. Kim olduğunu bilirəm. Amma başa düşmədim, niyə belə edib. Falçı da onun pulunu alıb. Sonra qardaşıma zəng vurub ki, məndən belə bir şey istəyiblər, pulunu aldım, amma heç nə etmədim”.

Qeyd edək ki, S.Sanəliyeva 3 aylıq hamilədir. Sənətçi oğlu olacağını bildirib.