Elnur xəstə uşağa yardım etdi

Elnur xəstə uşağa yardım etdi
2219 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnur Məmmədov “Öz aramızda” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi proqrama müraciət edən xəstə bir uşağa kömək əlini uzadıb. O, bunu anasının istəyi ilə etdiyini bildirib:
 
“Bu yardımı özümdən çox valideynlərimə görə edirəm. Mənim anam xəstədir. Amma buna baxmayaraq, özündə güc toplayıb sizin verilişə baxır. Hərdən təzyiqi qalxır, yenə də əl çəkmir”.

Qeyd edək ki, Vüsal adlı uşağın onurğasında problem var. O, yaxın günlərdə əməliyyata yollanacaq və buna görə onun maddi dəstəyə ehtiyacı vardı.