Əməkdar artistin oğlu həyat yoldaşını evdən qovdu

Əməkdar artistin oğlu həyat yoldaşını evdən qovdu
9560 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vahid Əliyevin oğlu Ramin həyat yoldaşını evindən qovub.

Axşam.az-ın məlumatına görə, bu haqda aktyorun gəlini Könül “Öz aramızda” verilişində deyib.

O, əri tərəfindən döyüldüyünü və əşyalarının küçəyə atıldığını bildirib. Könül keçmiş ailəsi haqda bunları söyləyib:

“Məni döyür, saçımdan yolurdu. Məcburi aparıb, nikahı da pozdurdu. Buna baxmayaraq, evimə gedib gözlədim. Ayrılmadım ki, bəlkə barışarıq, düzələr. Əşyalarımı küçəyə tökdü. Mənə nə üçün belə etdiyini desin. Məni ona zorla ərə verməyiblər, özü istəyib alıb. Mən qayınatamdan şikayətçi deyiləm. Bunları mənə oğlu edib”.

Qeyd edək ki, Ramin Əliyev Rus Dram Teatrının aktyorudur.