Ərdoğandan "İphone 6" açıqlaması

Ərdoğandan "İphone 6" açıqlaması
2096 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, “Apple” şirkətinin yeni “iPhone 6” smartfonunun çıxarılması ilə bağlı isteriyaları başa düşmür.

Axşam.az-ın ICTnews-a istinadən verdiyi xəbərə görə, prezident BMT Baş Məclisinin keçirildiyi Nyu-York şəhərinə səfəri zamanı “Apple”ın mağazalarının qarşısında böyük növbələr müşahidə edib.

“Bu brend hər il yeni model buraxır. Amma “iPhone 6” əslində ötənilki versiyadan güclü fərqlənmir. İnsanlar telefon deyil, brend satın alırlar” - deyə Ərdoğan bildirib.