Hər kəs onu məşhur ”Fort Boyard” yarışmasında La Boul obrazında tanıyıb.
Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışmada zindan gözətçisi obrazını canlandıran Yves Marchesseau bu gün vəfat edib. Bu barədə “Fort Boyard”ın rəsmi səhifəsində məlumat verilib.
“Çox sevdiyimiz zindan gözətçimiz bizi tərk etdi, amma biz onu heç vaxt unutmayacağıq. Ailəsinə, övladlarına səbr diləyirik”.
Qeyd edək ki, Yves Marchesseau xərçəng xəstəliyindən əziyyət çəkirdi.