Azərbaycanlı gənclərin "Kurtlar Vadisi" ifası - video

Azərbaycanlı gənclərin "Kurtlar Vadisi" ifası - video
4388 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı gənclər Sərkər Əliyev və Tural Əsgərov məşhur “Yetenek sizsiniz Türkiye” yarışmasında iştirak ediblər.
 
Axşam.az-ın məlumatına görə, əslən Şəmkirdən olan, Azərbaycan Milli Konservatoriyasının ikinci kurs tələbəsi S.Əliyev sazda məşhur “Kurtlar vadisi” serialından bir musiqi səsləndirib. Səhnə şousunun sonunda Azərbaycan-Türkiyə dostluğu haqda şeir səsləndirən T.Əsgərov adıçəkilən serialın qəhrəmanı Polad Ələmdara bənzərliyi ilə diqqət çəkib.
 
Möhtəşəm səhnə nümayişləri ilə münsiflərin hamısından müsbət rəy alan gənclər növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, yarışmanın münsif kürsüsündə proqramın layihə rəhbəri Acun İlıcalı, Murad Boz, Özgü Namal və Əsər Yenənlər əyləşib.