Gülbən Ərgənin toyu oldu – fotolar

Gülbən Ərgənin toyu oldu – fotolar
8992 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Gülbən Ərgənlə “Haberturk TV”nin Ümumi Yayım rejissoru Ərxan Çəlikin toyu olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük yaxın dostlarının şahidliyi ilə nikah masasına əyləşib. Təəssüratlarını “Facebook” səhifəsində paylaşan G.Ərgən soyadının artıq dəyişdiyini bildirib:

“Sevgidən əvvəl “inam” dedi, qəbul elədim. Daha sonra “hörmət” söylədi, ona da “hə” dedim. “Sənin analıq, mənim isə atalıq borcum bir ömür boyu hər şeydən öndə gələcək” dedi, amma “qəbul edirsən?”, - deyə soruşmadı. Əlimi buraxmadan səninlə yaşamaq istəyirəm. Sən mənim üçün oğullarımız, ailəmiz deməksən. “Bir damın altında yaşayaq” söylədi. “Ürəyim” deyə cavab verdim. Soyadı artıq soyadımdır – “Çəlik”.

Qeyd edək ki, Gülbən Ərgənin "Anadolu Atəşi" rəqs qrupunun rəhbəri Mustafa Ərdoğanla evliliyindən üç, Ərhan Çəlikin isə əvvəlki nikahından bir oğlu var.