Eynicinsli cütlük özünə toy etdi - video+fotolar

Eynicinsli cütlük özünə toy etdi - video+fotolar
9652 dəfə oxunub
  • A-
  • A
  • A+
İstanbulda Ekin Kesər və Əmrullah Tüzün adlı eynicinsli cütlük özünə toy edib.
 
Axşam.az-ın “CNN Turk”ə istinadən məlumatına görə, onlar rəsmi nikahla olmasa da, toy mərasimi keçirərək ailə qurublar. Ekin müsahibəsində Əmrullahla tanış olma hekayəsini danışıb:

“Onunla iki il öncə bir partidə tanış oldum. Bu, ilk baxışdan sevgi idi. Biz hər zaman çox azad bir cütlük olduq. Heç vaxt hisslərimizi gizlətmədik. Mən ailəmlə olduqca yaxınam. İlk gündən homoseksual olduğumu bilirlər. Cəmiyyətin qınağına səbəb olsaq belə, sevgilimlə həmişə əl-ələ gəzirik”.

O, həmçinin, toyları haqda da məlumat verib:
 
“Toyumuza 120 nəfəri dəvət etmişdik. Bizə dəstək olan hər kəs yanımızda idi. Qohumlardan isə, əmimin uşaqları gəlmişdi”.

Qeyd edək ki, ailə quran gənclərdən biri ərəb, digəri kürdəsillidir.