Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq
954 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.
 
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-20, gündüz 20-25 dərəcə isti olacaq.
 
Rayonlara gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təşkil edəcək.