Türkiyəli tanınmışlar küçədə - fotolar

Türkiyəli tanınmışlar küçədə - fotolar
3152 dəfə oxunub
  • A-
  • A
  • A+

Adətən məşhur simaları seriallarda və televiziya verilişlərində görməyə öyrəşmişik.
 
Axşam.az “Hürriyət”ə istinadən ötən gün küçədə görüntülənən tanınmışları təqdim edir:

Aktrisa Burçin Terzioğlu – iyulda aktyor Murad Yıldırımdan boşanan aktrisa ticarət mərkəzlərindən birində olub. İdman üslubunda geyinib və makiyajsız görüntülənib. Əsasən ayaqqabı mağazalarını gəzib, jurnalistlərin suallarını isə cavabsız qoyub.



Aktrisa Fəxriyyə Evcən - alış-veriş mərkəzlərindən birində görüntülənib. O, hazırda “Eşq sənə bənzər” filmini çəkdiklərini, daha sonra isə “Kurt Seyit və Şura” serialına başladığını söyləyib. Bu il çox az dincəldiyini bildirən aktrisa “Tətil üçün çox az vaxtım oldu, ilboyu işləmişəm” deyib.

Model Özgə Ulusoy – alış-veriş mərkəzlərindən birində görülüb. Bir qədər mağazaları gəzdikdən sonra dostları ilə birlikdə kafedə əyləşib. Yağışa baxmayaraq, modelin əynində gödək ətəyi olub.
 

Aktrisa Serenay Sarıkaya – rəfiqəsi ilə nahar edərkən obyektivlərə tuş gəlib. Aktrisanın əhvalı kök olub.