“Anam və mən ölüləri görə bilirik”

“Anam və mən ölüləri görə bilirik”
2646 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa Keyt Hadson qatıldığı proqramların birində ruhları gördüyünü iddia edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa ölmüş insanların onun ətrafında olduğunu hiss edə bildiyini deyib. Sənətçinin sözlərinə görə, anası aktrisa Qoldi Xoun da eyni vergiyə sahibdir:
 
“Anam və mən ölüləri görə bilirik. Daha doğrusu, biz onları duyuruq. Bu, mənim inandığım altıncı hissdir”.

35 yaşlı Keyt hətta bir dəfə gördüyü qadın ruhundan çox qorxduğunu söyləyib:

“Ruhları görəndə onlara indi neçənci il olduğunu demək lazımdır. Onlar bu ilə aid olmadıqlarını başa düşüb gedəcəklər.”